12:38 - 21.02.2020
21 fevral, Fineko/abc.az. Azercell Telekom 2019-cu ildə dövlət büdcəsinə 112 milyon manat ödəniş edib.
ABC.AZ xəbər verir ki, bunu şirkətin prezidenti Vahid Mürsəliyev "Azercell"-in hesabat konfransında deyib.
O qeyd edib ki, şirkət tərəfindən Azərbaycanda telekomunikasiyanın inkişafına ötən il 94 milyon yarım ABŞ dollarından çox, ümumilikdə isə 1 milyard 621 milyon dollarından artıq sərmayə yatırılıb. V. Mürsəliyev şirkətin sosial layihələrə sərf etdiyi vəsaitdən də danışıb. "2019-cu ildə sosial layihələrə ümumilikdə 253 min ABŞ dollarından artıq vəsait sərf edilib ki, bu göstərici 23 il ərzində 19 milyon dolları keçib" deyə şirkət rəhbəri bildirib.
Müəllif: Elmir Murad
12 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026