10:08 - 21.02.2020
21 fevral, Fineko/abc.az. “AzerGold” QSC fərdi mühafizə vasitələri və xüsusi geyimlərin satın alınması üzrə açıq tender keçirir.
Tenderdə iştirak haqqı 250 manatdır.
ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 12.03.2020 15:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 27.03.2020 15:00 qədər təqdim etməlidirlər.
İddiaçıların təkliflərinin açılışı 30.03.2020 15:00 tarixində aparılacaq.
Əlaqələndirici şəxs : Aygül Tağıyeva
Telefon: (994 12) 505-02-02
Ünvan: Bakı, Mikayıl Müşfiq küç., 2H