10:30 - 31.01.2020
31 yanvar, Fineko/abc.az. Bir gün əvvəl düşdükdən sonra, neftin etalon markalarının qiyməti bugünkü ticarətdə yüksəlir, lakin buna baxmayaraq, neft qiymətləri yanvar ayını, 2019-cu ilin may ayından etibarən ən əhəmiyyətli bir azalma ilə başa vurur.
Yanvarın 30-da Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in mart fyuçersi $1,52 (2,54%) düşərək bir barelə $58,29 təşkil etmişdir. Onun qiyməti cümə günü saat 9:15-də $1,16 (1,99%) artaraq bir barelə $59,45 təşkil etmişdir.
Yanvarın 30-da Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin mart fyuçersi $1,19 (2,23%) enərək bir barelə $52,14 təşkil etmişdir. Mart ayı üzrə fyuçers qiyməti saat 9:15-də $1,14 (2,19%) bahalaşaraq bir barelə $53,28 təşkil etmişdir.
Yanvar ayında Brent 10%, WTI isə 13% ucuzlaşıb.
Azeri Light Azərbaycan neftinin qiyməti $1,07 (1,66%) düşərək bir barelə 63,35 dollar təşkil etmişdir.
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026