16:09 - 10.01.2020
10 yanvar, Fineko/abc.az. 2020-ci ildə 40-dək sahibkar və menecer Almaniyada ixtisasartırma kursu keçəcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) ABC.AZ-a bildirilib ki, ötən il Azərbaycan tərəfindən agentliyin, Almaniya tərəfindən isə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) əlaqələndiricisi olduğu “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” çərçivəsində 38 sahibkar və menecer Almaniyada ixtisasartırma və müəssisələrdə təcrübə keçib. Ümumilikdə isə, indiyədək proqramdan 422 sahibkar və menecer yararlanıb.
Qeyd edək ki, 2020-ci ildə sahibkarların maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması üçün KOBİA tərəfindən onlayn təlim platformasının istifadəyə verilməsi, kiçik və orta biznesin inkişafı mərkəzlərinin fəaliyyətə başlaması nəzərdə tutulur.
Müəllif: Elmir Murad