10:51 - 30.12.2019
30 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı 39 min 988 olub.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ölkəyə gətirilən avtomobillərin 494-ü sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 36 min 61-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi olub. Həmçinin qeyd olunanlardan 3261-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 172-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.
Müəllif: Elmir Murad
4 Avqust 2026
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026