14:23 - 24.12.2019
24 dekabr, Fineko/abc.az. Rusiyanın Samara şəhərindən Bakıya yeni aviareys açılır.
Bu barədə Samaranın “Kurumiç” beynəlxalq aeroportunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, uçuşları “IrAero” aviaşirkəti həyata keçirəcək. Samaradan Bakıya birbaşa uçuşlar həftədə bir dəfə, çərşənbə günləri yerinə yetiriləcək.
Təyyarə Samaradan saat 01:20-də qalxıb, yerli vaxtla 04:10-də Bakıya çatacaq. Uçuşlar “Sukhoi Superjet 100” təyyarəsi ilə həyata keçiriləcək.
© Azertag.az
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026