14:52 - 13.12.2019
13 dekabr, Fineko/abc.az. “Azsığorta” şirkətinin rəhbərliyində kadr dəyişikliyi olub.
ABC.AZ xəbər verir ki, şirkətin sədrliyinə yeni təyinat olub.
Bu vəzifəyə “AFB Bank”-ın idarə heyəti sədrinin müavini Natiq Namazov təyin edilib.
Qeyd edək ki, “Azsığorta” ASC-nin idarə heyətinin sentyabrdan sədri yoxdur. Sentyabradək isə sözügedən vəzifəni tutan Anar Talıbov işdən azad edilərək Direktorlar Şurasının üzvü təyin edilmiş, daha sonra isə tamamilə şirkətdən çıxmışdı. İndiyədək “Azsığorta”-nın idarə heyəti sədri vəzifəsini Yusif Soltanov, sonra isə Zöhrab Şirinov icra edib.
Müəllif: Elmir Murad
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026