16:14 - 20.12.2017
20 dekabr, Fineko/abc.az. Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatası, yeganə dövlət kommersiya sığorta şirkəti “Azərsığorta”da aparılan yoxlamların səbəbini açıqlayıb.
Palatadan Fineko/abc.az İnformasiya Agentliyinə bildirildi ki, yoxlamalar sığorta sektorunun tənzimlənməsi üzrə Tədbirlər Planına əsasən həyata keçirilir.
“Yoxlamalar, sığorta bazarının peşəkar iştirakçıları tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməklə vəziyyətin araşdırılması məqsədi ilə həyata keçirilir”, - Palatadan belə xəbər verdilər.
Həmçinin qeyd edildi ki, şirkətdə keçirilən yoxlamalar artıq tamamlanıb və hazırda onların nəticələrinin müzakirəsi aparılır. Şirkətin yoxlamalaının nəticələrinə əsasən tələblər irəli sürüləcək.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026