16:05 - 3.12.2019
3 dekabr, Fineko/abc.az. Dekabrın 3-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə “AzerTelecom” arasında kiçik və orta biznesə dəstək məqsədilə niyyət protokolu imzalanıb.
ABC.AZ xəbər verir ki, sənədi KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov və “AzerTelecom” şirkətinin baş direktoru Fuad Allahverdiyev imzalayıblar. Sənəddə KOB-lara dəstək məqsədilə birgə əməkdaşlıq və bu istiqamətdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Sənəd Bakı Ekspo Mərkəzində açılan 25-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar (“Bakutel”) Sərgisi çərçivəsində imzalanıb.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026