14:21 - 28.11.2019
28 noyabr, Fineko/abc.az. “Azərbaycan Sənaye Sığorta” ASC-nın sığorta yığımları kəskin azalıb.
ABC.AZ Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-oktyabr dövrü ilə müqayisədə 2019-cu ilin eyni dövründə adıçəkilən şirkətin topladığı sığorta haqları 2 milyon 528 min manat və ya 34% azalıb. Belə ki, şirkət 10 ay ərzində cəmisi 4 milyon 916 min manat yığım edə bilib. Ötən ilin 10 ayı ərzində şirkət 7 milyon 444 min manat sığorta haqları toplamışdı.
“Azərbaycan Sənaye Sığorta”nın 10 aylıq sığorta ödənişləri isə 1 milyon 929 min manatdan 1 milyon 713 min manata geriləyib.
Müəllif: Elmir Murad
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026