14:37 - 20.11.2019
20 noyabr, Fineko/abc.az. Bank BTB-nin İdarə Heyətinin tərkibində dəyişikliklər olub.
Bankdan ABC.AZ-a verilən məlumata görə, Rövşən Fərhad-zadə İdarə Heyəti Sədrinin müavini, İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib. Həmçinin, Korporativ İnkişaf Departamentinin direktoru Rauf Qurbanov İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib. Bununla da, İdarə Heyəti üzvlərinin sayı 5-ə çatdırılıb.
Qeyd edək ki, Bank “BTB” 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətləri göstərir. Hazırda bankın 17 xidmət nöqtəsi fəaliyyət göstərir.
Müəllif: Elmir Murad
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026