14:47 - 11.10.2019
11 oktyabr, Fineko/abc.az. “Şimal-Cənub” Nəqliyyat Dəhlizi ilə cari ildə 400 min tondan çox yük daşınıb.
Bu ilin doqquz ayında dəmir yolu ilə 700 min tonluq Rusiya yükləri daşınıb. Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
O, qeyd edib ki, dəmir yolu ilə Türkmənistan yüklərinin də daşınmasında artım var. Həmçinin Lapis-Lazuli dəhlizi ilə də dəmir yolu daşımalarında artım müşahidə olunur.
Cavid Qurbanov həmçinin "Azərbaycan Dəmir Yolları" QSC-nin gələcək hədəflərini də açıqlayıb.
“Bakı-Gəncə qatarının Ağstafayadək uzadılması, Şahdağa və Qəbələyə yeni dəmir yolunun çəkilməsi, Balakən istiqamətində dəmir yolunun yenidən qurulması, dəmir yolunda elektrikləşdirmə işlərinin aparılması, iki yeni deponun istifadəyə verilməsinin daxildir- deyə o bildirib.