17:00 - 20.09.2019
20 sentyabr, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, sentyabrın 1-nə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 70,9 min nəfər olub, onların 35,3%-ni qadınlar təşkil edib.
Qeyd olunur ki, işsizlikdən sığorta ödənişinin orta məbləği 233,5 manat olub. Yanvar-iyul aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 148,7 saat təşkil edib.