11:18 - 19.09.2019
19 sentyabr, Fineko/abc.az. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tender elan edir. Tender 3 Lot üzrə keçirilir.
Lot 1: Ağcabədi rayonunun "Taxta Körpü" ərazisində müvəqqəti məskunlaşmış 1500 (I mərhələ - 645) məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan Vağazin, Qarakeçdi və Şeylanlı qəsəbələrində içməli su təchizatı, suvarma və drenaj sistemlərinin tikintisi, tenderdə iştirak haqqı 400 manat.
Lot 2: Ağcabədi rayonunun Vağazin, Qarakeçdi və Şeylanlı qəsəbələrinin qaz və istilik təchizatının tikintisi, tenderdə iştirak haqq 400 manat.
Lot 3: Ağcabədi rayonunun Vağazin, Qarakeçdi və Şeylanlı qəsəbələrinin abadlıq işləri və yol-küçə şəbəkəsinin tikintisi, tenderdə iştirak haqqı 600 manat.
Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 15.10.2019 15:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 28.10.2019 18:00 qədər təqdim etməlidirlər. İddiaçıların təkliflərinin açılışı 29.10.2019 16:00 tarixində keçiriləcək.
Əlaqələndirici şəxs : Aygün Hüseynova
Telefon: (994 12) 431 87 03
Ünvan: Bakı, Tbilisi prospekti, 57D
31 İyul 2026
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026