ÜDM-də neft gəlirlərinin payı azalıb

16:33 - 8.12.2017


8 dekabr, Fineko/abc.az. ÜDM-də neft-qaz gəlirlərinin payı aşağı düşüb.

Bu barədə ABC.AZ-a İqtisadiyyat Nazirinin müavini Sahil Babayev xəbər verib.

Onun sözlərinə görə, ÜDM-də neft-qaz gəlirlərinin payı 70%-dən 35%-ə qədər düşüb.

Hazırda qeyri-neft sektorunun ÜDM-də payı 65%-ə qədər yüksəlib.