12:32 - 30.07.2019
30 iyul, Fineko/abc.az. 2019-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ixracı 9,98 milyard dollar təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,3 milyard dollar və ya 15 % artıb.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2019-cu ilin iyul sayında qeyd olunur.
Qeyd edilir ki, cari ilin altı ayı ərzində qeyri-neft sektoru üzrə 979 milyon dollar dəyərində ixrac reallaşdırılıb. Bu isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 127 milyon dollar və ya 15 % artıb.
Bu ilin ilk yarısında Rusiyaya 355 milyon, Türkiyəyə 213,3 milyon, Gürcüstana 85,4 milyon, İsveçrəyə 73,5 milyon və İtaliyaya 30,5 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
2019-cu ilin birinci yarısında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Rusiyaya qeyri-neft ixracı 11 %, Türkiyəyə 18 %, Gürcüstana 15 %, İsveçrəyə 6 % və İtaliyaya 2,3 dəfə artım müşahidə olunub.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026