14:05 - 11.06.2019
11 iyun, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 11 iyunda keçirilən növbəti hərracda 1 səhmdar cəmiyyəti, 1 kiçik dövlət müəssisəsi, 3 qeyri-yaşayış sahəsi, 4 nəqliyyat vasitəsi özəlləşdirilib.
Komitədən verilən xəbərə görə, budəfəki hərracda Gəncə şəhərində yerləşən “Xronika” kinoteatrı və Zaqatala Sənaye Kombinatı səhmdar cəmiyyəti özəlləşdirilib.
Özəlləşən qeyri-yaşayış sahəsi isə Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşir.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026