16:42 - 31.05.2019
31 may, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə bu ilin yanvar-aprel aylarında Azexport.az portalına 229 milyon dollar dəyərində ixrac sifarişləri daxil olub.
Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 3 % çoxdur. Bu ilin aprel ayında portala daxil olan ixrac sifarişlərinin dəyəri isə 51 milyon dollar təşkil edib.
Cari ilin aprel ayı ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Rusiya(12,3%), Türkiyə (8%), İngiltərə (6,5%), Hindistan (6,5%) və ABŞ (5,5%) qərarlaşıb.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026