16:13 - 30.11.2017
30 noyabr, Fineko/abc.az. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın Xarici İşlər Naziri Edvard Nalbandyanla və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə dekabrın 6-da Dağlıq Qarabağ məsələsinin tənzimlənməsi çərçivəsində görüşün keçiriləcəyini bildirdi.
“ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın Xarici İşlər Naziri ilə keçiriləcək görüş dekabrın 6-na planlaşdırılıb. Mən ümid edirəm ki, qarşıdakı görüş, Moskvada noyabrın 16-da keçirilən görüş kimi səmərəli olacaq. Biz, həmin görüşün nəticələrindən razı qalmışdıq”, - deyə E. Məmmədyarov bildirdi.
Görüş ATƏT-in XİNŞ-sı çərçivəsində Vyanada keçiriləcək.
16 Sentyabr 2026
16 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026