16:06 - 24.05.2019
24 may, Fineko/abc.az. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Böyük Britaniya vəkillərinin birliyi olan Hüquq Cəmiyyəti arasında əldə olunmuş razılığa əsasən, Kollegiyanın üzvləri artıq Böyük Britaniyada vəkilliyə qəbul üzrə müvafiq imtahanı verməklə vəkilliyə qəbul edilə, İngiltərədə və Uelsdə vəkillik fəaliyyəti ilə məşğul ola bilərlər.
Bunun üçün azərbaycanlı namizədlər Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olmalı, İxtisaslaşmış Vəkillərin Transfer Sistemi (QLTS- http://www.sra.org.uk/solicitors/qlts.page) imtahanını uğurla keçməlidirlər.
Qeyd edək ki, Britaniyada QLTS imtahanlarını ixtisaslaşmış qurum olan Vəkilliyin Tənzimlənməsi Təşkilatı (SRA) keçirir. Bu barədə ətraflı məlumatı təşkilatın saytından http://www.sra.org.uk/solicitors/qlts.page əldə etmək mümkündür.
30 İyul 2026
30 İyul 2026
27 İyul 2026
28 İyul 2026