16:50 - 16.05.2019
16 may, Fineko/abc.az. Azərbaycanda İnternet xidmətlərinə görə ödəniş qrafiki dəyişib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata əsasən, əvvəllər “Aztelekom” MMC hər ayın 5-nə qədər interneti kəsirdi.
“İndi sonuncu ödəniş edilən gündən sonrakı 30-cu təqvim günü gələn ay üçün ödəmənin son günü müəyyən ediləcək”, - məlumatda belə deyilir.
Əlavə məlumat almaq üçün 170 nömrəsinə zəng etmək olar.