16:21 - 18.04.2019
18 aprel, Fineko/abc.az. Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, yanvar-mart aylarında Azərbaycana dünyanın 157 ölkəsindən 610,8 min xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrünə nisbətən gələnlərin sayı 2,9% azalıb.
“Bunlardan 28%-i Gürcüstandan, 27.4%-i Rusiyadan, 11.3%-i Türkiyədən, 9.2%-i İrandan, 3.5%-i BƏƏ-dən, 1.8%-i Ukraynadan, 1.7%-i Hindistandan, 1,4% İraqdan, 15,6% digər ölkələrdən gələnlər və 0,1%-i vətəndaşlığı olmayan şəxslərdir”, - Komitədən belə bildirildi.
Məlumatda deyilir ki, əsasən Qətərdən (48,5%), İrandan (43,4%), İsraildən (41,7%), BƏƏ-dən (28,1%) və İraqdan (24,8%) gələnlərin sayı azalıb.
Eyni zamanda Misir vətəndaşlarının axını 2,3 dəfə, Hindistan 1,8 dəfə, Səudiyyə Ərəbistanı 1,8 dəfə, Türkmənistan 1,6%, Pakistan 1,5 dəfə, Çin 46,1%, Yaponiya 32,5%, Gürcüstan - 22,9%, Oman vətəndaşlarının sayı isə 17,4% artıb.
Avropa ölkələrindən gələnlərin sayı 2,8% artaraq 19,1 min nəfər təşkil edib. Fars körfəzi ölkələrindən gələnlərin sayı 33,1% azalaraq 106,8 min nəfər təşkil edib. MDB ölkələrindən olan səyahətçilərin sayı 1,1% azalaraq 202,3 min təşkil edib”, - Dövlət Statistika Komitəsindən bu məlumat verilib.
Komitənin məlumatına görə, xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin 64%-i dəmir yolu nəqliyyatı və avtobuslarla, 35,2%-i təyyarə ilə, 0,8% -i su nəqliyyatı ilə gəlib.