11:17 - 28.11.2017
28 noyabr, Fineko/abc.az. Bu gün Azərbaycan prezidenti Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının tərkibinə dəyişikliklərin daxil edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, energetika naziri Pərviz Şahbazov İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının həmsədri seçilib.