12:12 - 27.11.2026
27 noyabr, Fineko/abc.az Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin maliyyə bazarında, xüsusilə də bank sistemində iqlim risklərinin təsirlərini qiymətləndirməyi planlaşdırır.
Bunu qurumun Dayanıqlı Maliyyə şöbəsinin aparıcı iqtisadçısı Abdul Bağı Nəbiyev bildirib.
Onun sözlərinə görə, hazırkı mərhələdə məhz bank sektoru əsas fokus nöqtəsi kimi seçilib.
AMB rəsmisi qeyd edib ki, qiymətləndirmə prosesi bir neçə ardıcıl mərhələni əhatə edir. Belə ki, əvvəlcə araşdırmanın "yuxarıdan aşağıya" (top-down) və ya "aşağıdan yuxarıya" (bottom-up) yanaşması ilə aparılacağı, eləcə də 3 ildən 15 ilədək olan zaman üfüqü dəqiqləşdirilir.
Daha sonra isə elmi əsaslı iqlim ssenariləri müəyyən edilir, zəruri məlumatlar toplanaraq modelləşdirmə aparılır və nəticələr tətbiq olunur.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026