Dövlət Vergi Xidmətinin 2,9 milyon manatlıq tenderinin qalibi məlum olub

15:09 - 26.11.2026


26 noyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin avadanlıq və proqram təminatına texniki dəstək göstərilməsi, həmçinin lisenziyaların alınması üzrə elan etdiyi satınalmanın nəticəsi açıqlanıb.

Ehtimal olunan dəyəri 2 milyon 906 min 374 manat təşkil edən müsabiqənin qalibi “Caspel” MMC seçilib.

Qeyd edək ki, sentyabrın 25-də elan edilən və təkliflərin qəbulu noyabrın 2-də yekunlaşan bu tenderlə yanaşı, sözügedən şirkət noyabrın əvvəlində Dövlət Gömrük Komitəsinin server və şəbəkə avadanlıqları üzrə 4,4 milyon manatlıq satınalmasını da qazanmışdı.