Daha 294 yeni peşə və kvalifikasiya standartı təsdiqlənib

10:26 - 26.11.2026


26 noyabr, Fineko/abc.az. Cari ildə Azərbaycanda sosial təminat sisteminin modernləşdirilməsi istiqamətində tədbirlər davam etdirilib və himayədar ailə modelinin tətbiqi mexanizmi daha da sadələşdirilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2026-cı ilin 10 ayının yekunlarına həsr olunmuş kollegiya iclasında məlumat verilib.

Müzakirələr zamanı icbari tibbi sığorta sisteminin tam rəqəmsallaşdırılması, sığortaolunanların vahid elektron reyestrinin formalaşdırılması və tibbi-ekspertiza proseslərinin avtomatlaşdırılması üzrə reallaşdırılan layihələr diqqətə çatdırılıb.

Həmçinin, cari il ərzində əmək qanunvericiliyinə edilən və vətəndaşların sosial-əmək hüquqlarının daha etibarlı müdafiəsinə yönələn dəyişikliklər, o cümlədən bu sahədə hazırlanmış yeni normativ layihələr nəzərdən keçirilib.

İclasda yanvar-oktyabr aylarında əldə olunan nəticələr təhlil edilərək qarşıda duran hədəflər müəyyənləşdirilib, yekunda yeni peşə və kvalifikasiya standartlarının təsdiqi məsələsinə baxılıb və daha 294 standart qəbul edilib.