17:24 - 25.11.2026
25 noyabr, Fineko/abc.az. Abşeron Rayon İcra Hakimiyyəti rayon ərazisində yolların əsaslı təmiri ilə bağlı elan etdiyi dövlət satınalmasını yekunlaşdırıb.
Satınalma Xırdalan şəhərini, Saray, Mehdiabad, Ceyranbatan, Digah və Şəfəq qəsəbələrini, həmçinin Novxanı, Masazır və Fatmayı kəndlərini əhatə edir və işlərin 2026-cı ildə büdcə və büdcədənkənar vəsaitlər hesabına icrası nəzərdə tutulub.
Ehtimal olunan qiyməti 2 milyon 832 min 754 manat təşkil edən tenderin qalibi “Proqress İnşaat EN” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.
Qeyd edək ki, sözügedən şirkət 2024-cü ildə də Xırdalan şəhərində həyata keçirilən 2 milyon manat dəyərində abadlıq işləri üzrə dövlət satınalmasının qalibi olmuşdu.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026