12:28 - 25.11.2026
25 noyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar–oktyabr aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları hesabına 148,7 milyon manat müavinət ödənilib.
Ötən ilin ilk on ayında isə bu məbləğ 143,64 milyon manat olub.
Dövlət Sosial Müdafiə Fondunun məlumatları əsasında hesablayıb ki, bu müavinətlər üzrə ödənişlərin ümumi məbləği illik müqayisədə 5,06 milyon manat və ya 3,5% artıb.
İlk on ay üzrə orta aylıq ödəniş həcmi 2025-ci ildə 14,36 milyon manat, 2026-cı ildə isə 14,87 milyon manat təşkil edib.
25 Noyabr 2026
25 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026