12:11 - 20.11.2026
20 Noyabr, Fineko/abcnews. "Apple" istifadəçilərin adından müxtəlif tapşırıqları yerinə yetirə biləcək öz avtonom süni intellekt (AI) agentini hazırlayaraq "OpenAI", "Anthropic" və "Meta"nın yer aldığı sürətlə böyüyən bazara daxil olmağa hazırlaşır.
Şirkətin rəsmi saytında dərc olunmuş iş elanlarına əsasən, yeni proaktiv AI assistenti kod yaza, internetdə axtarış apara, tətbiqləri idarə edə və cihazlarda əməliyyatları müstəqil şəkildə icra edə biləcək. Layihədə məxfilik əsas prioritet kimi müəyyən edilib və istifadəçi adından əməliyyat aparan agentlər üçün güclü icazə mexanizmləri və təhlükəsizlik tədbirləri tətbiq olunacaq.
Qeyd edək ki, bu addım AI bazarında rəqabətin kəskinləşdiyi bir vaxta təsadüf edir: "Meta"nın "Muse", "Anthropic"in "Duet", "OpenAI"ın "Dots" və "Google"un yenilənmiş "Tasks" agentləri artıq bazarda aktiv şəkildə rəqabət aparır. Eyni zamanda "Anthropic" səhmləri rekord IPO-dan sonrakı ilk ticarət günündə 17% bahalaşsa da, bağlanışdan sonrakı əməliyyatlarda 5% ucuzlaşıb.
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026