16:13 - 19.11.2026
19 noyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar–oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1 milyon 700 min manatdan çox vəsait geri qaytarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,6 faiz çoxdur.
Dövlət Vergi Xidmətinin məlumatlarına əsasən, 2025-ci ilin ilk 10 ayında muxtar respublikada vətəndaşlara 1 milyon 400 min manatdan artıq ƏDV qaytarılmış və həmin dövrdə illik artım 25,1 faiz təşkil etmişdi.
Beləliklə, cari ilin yanvar–oktyabr aylarında geri qaytarılan vəsaitin həcmi yüksəlsə də, illik artım tempi əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,5 faiz bəndi zəifləyib.
Ümumilikdə, mexanizmin tətbiqinə başlanıldığı gündən 2026-cı ilin oktyabr ayının sonunadək Naxçıvanda istehlakçılara qaytarılan ümumi ƏDV məbləği 5 milyon 900 min manata yaxınlaşıb.
Xatırladaq ki, “ƏDV geri al” layihəsi pərakəndə ticarət və ictimai iaşə obyektlərində alınan müəyyən mallara, habelə tibbi və bir sıra mədəni xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin vətəndaşlara geri ödənilməsini nəzərdə tutur.
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026