10:25 - 19.11.2026
19 Noyabr, Fineko/abcnews. Avropa İttifaqı Rusiyanı Ukraynada kimyəvi silahlardan istifadəni dərhal dayandırmağa və Kimyəvi Silahlar Konvensiyasına tam riayət etməyə çağırıb, həmçinin məsuliyyət daşıyanlara qarşı əlavə sanksiyalar tətbiq etməyə hazır olduğunu bəyan edib.
Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) yazılı bəyanatında qeyd olunur ki, Ukraynada aparılan milli araşdırma Rusiya qüvvələrinin cəbhə xətti boyunca silah qismində kütləvi iğtişaşların qarşısının alınması üçün nəzərdə tutulan vasitələrdən (xüsusilə, CS tipli gözyaşardıcı qazdan) sistemli şəkildə istifadə etdiyini üzə çıxarıb.
Brüssel həmçinin Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatını (OPCW) məsuliyyət daşıyanları müəyyən etmək üçün öz mandatından dərhal istifadə etməyə çağırdı.
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026