15:23 - 17.11.2026
17 Noyabr, Fineko/abcnews. Türkiyənin aviaşirkəti "Pegasus Hava Taşımacılığı" 24 ay davam edəcək səhm geri alımı proqramına start verib.
Şirkətin İdarə Heyətinin qərarına əsasən, proqram çərçivəsində ümumi məbləği 3 milyard Türk lirəsini (cari məzənnə ilə təxminən 59,5 milyon ABŞ dolları) aşmamaq şərtilə şirkətin nizamnamə kapitalının 3%-dək hissəsinin geri alınması nəzərdə tutulur.
İlk ümumi yığıncaqda səhmdarların diqqətinə çatdırılacaq bu addım səhmlərin bazar qiyməti ilə şirkətin fəaliyyət göstəriciləri arasında müvəqqəti və nəzərəçarpacaq uyğunsuzluq yarandıqda əlavə tədbir kimi tətbiq ediləcək. Bildirilib ki, geri alım zamanı donanma investisiyaları, mənfəətli böyümə və güclü balans prioritetləri əsas götürüləcək.
24 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026