Azərbaycanda pensiyaçılar azalıb, orta pensiya isə 595 manatı keçib

10:34 - 18.11.2026


18 noyabr, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il oktyabrın 1-nə ölkədə qeydiyyatda olan pensiyaçıların sayı illik müqayisədə 5 min 800 nəfər (0,5%) azalaraq 1 milyon 100 min nəfərdən 1 milyon 94 min 200 nəfərə düşüb.

Nəticədə pensiyaçıların ölkə əhalisindəki payı 10,7%-dən 10,6%-ə enib.

Bununla yanaşı, oktyabr ayında aylıq pensiyaların orta məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 55 manat 60 qəpik (10,3%) artaraq 540 manat 20 qəpikdən 595 manat 80 qəpiyə çatıb.

Orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbəti isə 49,7%-dən 50,8%-ə yüksəlib.