16:45 - 16.11.2026
16 noyabr, Fineko/abc.az. Millət vəkili Vüqar Bayramov bildirib ki, gələn ildən etibarən “Vergi Məcəlləsində” bir sıra dəyişikliklər nəzərdə tutulub və bu ilin son günü bir sıra güzəştlərin müddəti başa çatır.
O qeyd edib ki, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilən dəyişikliklər paketində bəzi güzəştlərin müddətinin uzadılması nəzərdə tutulsa da, “Vergi Məcəlləsinin” 102.1.22-4 maddəsi üzrə güzəşt müddəti növbəti ildən başa çatır və paketdə bu müddətin artırılması əksini tapmayıb.
Mövcud qanunvericiliyə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda milli valyutada olan depozitləri üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi, eləcə də milli valyutada olan depozit 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi gəlir vergisindən azaddır.
Bu o deməkdir ki, növbəti ildən bir bankda milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatdan çox olan hissəsi üzrə gəlir vergisinə cəlb olunacaq.
Deməli, 2026-cı ildə bankda 18 ay və daha çox müddətə yerləşdirilən əmanətlər üzrə aylıq faiz gəliri 200 manatdan çox olduğu halda həmin gəlirlər növbəti ildən etibarən vergiyə cəlb ediləcək, məsələn, hazırda bankda olan əmanətin aylıq gəliri 500 manatdırsa, yeni ildən etibarən onun 300 manatına gəlir vergisi tətbiq olunacaq.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026