“Neft-Mədən Avadanlığı” MMC nizamnamə kapitalını azaldır

14:24 - 16.11.2026


16 noyabr, Fineko/abc.az. “Neft-Mədən Avadanlığı” MMC nizamnamə kapitalını 40 manatdan 20 manata endirib.

Qərar təsisçilərin 30 oktyabr 2026-cı il tarixli ümumi yığıncağında qəbul edilib. Kreditorlar elanın dərc olunduğu gündən bir ay ərzində tələblərini yazılı şəkildə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 72/74, mənzil 56 ünvanına bildirə bilərlər.

Şirkət 2018-ci ildən ölkə ərazisində fəaliyyət göstərir və direktoru Xəyyam Əzimzadədir.