17:19 - 13.11.2026
13 noyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar–oktyabr aylarında Azərbaycanda 3 milyard 462 milyon 500 min manatlıq avtomobil yanacağı satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 302 milyon 400 min manat və ya 9,6% çoxdur.
Dövlət Statistika Komitəsindən məlumatlarına istinadən xəbər verir ki, qiymət dəyişiklikləri nəzərə alındıqda yanacağın pərakəndə satışı 3,8% artıb.
2025-ci ilin ilk on ayında benzin və dizelin pərakəndə satışı 3 milyard 160 milyon bir min manat təşkil edib. Yanacağın ümumi pərakəndə ticarət dövriyyəsində payı hər iki dövrdə 6% olub.
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026