16:04 - 13.11.2026
13 noyabr, Fineko/abc.az. 2026-cı ilin oktyabr ayında Azərbaycanın avtomobil bazarında median qiymət 3,7% artaraq 19 500 manata, orta qiymət isə 1,9% artımla 30 089 manata çatıb, bazarda elan sayı isə 7% azalaraq 37 531-ə düşüb.
Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) bildirilib ki, bu yüksəliş real bahalaşma ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi ilə bağlıdır.
Belə ki, ucuz seqmentdə "LADA (VAZ)" elanlarının payı 9,4%-dən 8,8%-ə, "Kia"nın payı isə 7,5%-dən 5,7%-ə enib, əvəzində "Mercedes", "Hyundai", "Toyota" və "BMW" kimi bahalı markaların xüsusi çəkisinin artması ayrı-ayrı avtomobillər bahalaşmadan ümumi medianı yüksəldib.
Bazar tərkibinin təsirini ayırmaq üçün 2025-ci ilin dekabrı baza götürülməklə hesablanan bütün elanları izləyən dəyişən struktur indeksi ay ərzində 3,7% artaraq 112,7 bəndə, ən çox təklif olunan 9 kütləvi marka-modelin qiymətini ölçən sabit struktur indeksi isə cəmi 0,4% artımla 104,2 bəndə çatıb ki, aradakı 3,3 faiz bəndi fərq məhz elan tərkibinin dəyişməsindən qaynaqlanır.
Həm sentyabrda, həm də oktyabrda satışda qalan 7 156 elanın 39,6%-də qiymətin endirilməsi, yalnız 8,9%-də artırılması və bu avtomobillərin orta hesabla 1,5% ucuzlaşması da bazarda süni bahalaşma olmadığını təsdiqləyir.
Kütləvi seqmentdə sentyabrdakı 1,1%-lik artımdan sonra oktyabrda qiymətlər sabitləşib və sabit səbətdəki 9 marka-modeldən "Hyundai Sonata" 2,4% (23 750 manat), "Ford Fusion" 1,6% (18 500 manat), "Opel Astra" (9 400 manat) və "Ford Transit" (19 000 manat) 1,1%, "Hyundai Elantra" isə 0,5% (21 500 manat) bahalaşıb. Eyni zamanda "LADA (VAZ) 2107"nin qiyməti 5 500 manatda dəyişməz qalıb, "Kia Sorento" 0,3% (34 800 manat), "Chevrolet Cruze" 0,7% (13 300 manat), "Hyundai Santa Fe" isə 1,4% (28 500 manat) ucuzlaşıb.
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026