"Microsoft"un qlobal kəsintisi 74 ölkədə xidmətləri iflic edib, "OpenAI" və "Anthropic" də təsirlənib

15:36 - 13.11.2026


13 Noyabr, Fineko/abcnews. Başda Asiya ölkələri olmaqla dünyanın 74 ölkəsində "Microsoft 365", "Outlook" və "Teams" xidmətlərinə girişdə yaranan qlobal problem 12 saatdan artıqdır ki, davam edir.

"Microsoft"dan verilən açıqlamaya görə, nasazlığa bəzi serverlərin gözlənilmədən sıradan çıxması nəticəsində qalan infrastruktur üzərində yükün artması səbəb olub. Şirkət kəsintini aradan qaldırmaq üçün tətbiq edilən son dəyişikliklərin gözlənilən nəticəni vermədiyini və bərpa işlərinin davam etdiyini bildirib.

 Qlobal problem "Microsoft" ilə inteqrasiya olunmuş "OpenAI" və "Anthropic" kimi süni intellekt nəhənglərinin bəzi alətlərinin işində də fasilələr yaradıb.