15:01 - 12.11.2026
12 Noyabr, Fineko/abcnews. "Tesla" və "SpaceX"in rəhbəri İlon Mask "Nvidia"nın baş direktoru Censen Xuanqın vəzifədən azad edilə biləcəyi ilə bağlı xəbərlər fonunda ona iş verməyə hazır olduğunu açıqlayıb.
O, "X" sosial şəbəkəsində istifadəçilərdən birinin "İlon, xahiş edirəm Censeni işə götür" çağırışına "Bu, mənim üçün şərəf olardı" deyə cavab verib.
Qeyd edək ki, "The New York Times" qəzetinin Xuanqa yaxın olan çinli iş adamı Elis Xuanqın Pekinə məlumat sızdırması ilə bağlı iddialarından sonra "Nvidia"nın İdarə Heyəti şirkət rəhbəri barəsində müstəqil araşdırmaya başlayıb. Censen Xuanq araşdırmanı dəstəklədiyini bildirərək əməkdaşlarından üzr istəyib, rəsmi Pekin isə casusluq ittihamlarını "qarayaxma kampanyası" adlandıraraq rədd edib.
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026