Naxçıvanda 10 ayda büdcəyə 231,7 milyon manat vergi daxil olub

14:40 - 11.11.2026


11 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 231,7 milyon manat vergi daxil olub.

Bu, ötən ilin eyni dövrünə nisbətən 10,9 % çoxdur.

Ötən 10 ayda muxtar respublikada qeyri-dövlət sektorundan daxilolmalar 174,9 milyon manat təşkil edib. İllik müqayisədə bu sektordan vergi daxilolmaları 18,5 % çox olub.

Hesabat dövründə Naxçıvanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 2 % artaraq 3,8 milyon manat olub.