11:29 - 10.01.2019
10 yanvar, Fineko/abc.az. “TravelSupermarket” ekspertləri sağlam istirahət üzrə dünyanın ən yaxşı şəhərlərinin adlarını çəkiblər. Birinci yeri Paris tutub.
Ekspertlərin reytinqinə görə, Paris, sağlam istirahət üçün seçilmiş ən yaxşı 50 şəhər sırasında lideri olub.
Reytinqi tərtib edərkən, “TravelSupermarket” ekspertləri parklar, idman zalları, spa salonları, yoqa studiyaları, vegetarian restoranları və sağlam ərzaq mağazalarının sayına, həmçinin ildə günəşli hava sayına əsaslanmışlar. Həmçinin qalma qiyməti də nəzərə alınmışdır.
İlk üçlüyə Taylandın Çianq May kurortu və İspaniyanın Barselona şəhərləri daxil olub. İlk beşliyə Taylandın daha bir kurortu Pattaya, həmçinin Kanadanın Vankuver şəhəri daxil olub.
İlk onluğa Mayami (ABŞ), San Fransisko (ABŞ), Lissabon (Portuqaliya), Denpasar (Bali, İndoneziya) və Buenos Ayres (Argentina) daxildir. Moskva 34-cü yerə düşüb, Kiyev isə reytinqə daxil olmayıb.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026