Supermarket müdiri 103 min manatlıq mənimsəməyə görə həbs edildi

17:25 - 29.10.2026


29 oktyabr, Fineko/abc.az. Bakıda iri supermarket şəbəkələrindən birinin Biləcəridəki filial müdiri M.Hüseynov və anbardar E.İbrahimov anbardakı 103 467 manat dəyərində malı (o cümlədən 11 400 manatlıq çipsini) gizli sataraq mənimsəməkdə təqsirli biliniblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dəymiş zərəri ödəməyən filial müdiri M.Hüseynov məhkəmə zalında həbs olunaraq 6 il azadlıqdan məhrum edilib və ondan MMC-nin xeyrinə 80 min manata yaxın vəsaitin tutulması qərara alınıb.

Zərərin bir hissəsini ödəyən digər təqsirləndirilən şəxs E.İbrahimova isə 3 il sınaq müddəti təyin edilməklə 5 il 6 ay şərti cəza verilib.