Neft yenidən bahalaşır: Brent-in qiyməti barel başına 115 dolları ötüb

09:15 - 28.10.2026


28 oktyabr, Fineko/abc.az. Çərşənbə günü etalon markaların qiymətləri əvvəlki ticarət sessiyasındakı enişdən sonra artır.

Saat 09:10-a olan məlumata görə, ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçersləri 1,67 (1,47%) dollar bahalaşaraq bir barel üçün 115,55 dollar təşkil edib. Oktyabrın 27-də keçirilən ticarətin yekunlarına əsasən, bu müqavilələrin dəyəri 1,93 (1,67%) dollar azalaraq bir barel üçün 113,88 dollara düşmüşdü.

Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin dekabr fyuçerslərinin qiyməti saat 09:10-da 1,45 (1,45%) dollar artaraq bir barel üçün 101,35 dollara yüksəlib. Əvvəlki ticarət sessiyasının nəticələrinə görə (27 oktyabr) bu müqavilələr 1,86 dollar (1,83%) ucuzlaşaraq bir barel üçün 99,90 dollar təşkil etmişdi.