Manatının nominal və real effektiv məzənnələri artıb

16:25 - 28.10.2026


28 oktyabr, Fineko/abc.az. Bu il oktyabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 105,7 bənd təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Bu, aylıq müqayisədə 0,8 bənd çox, ilin əvvəlinə nisbətən 3,2 bənd, 2025-ci ilin oktyabrın 1-i ilə müqayisədə 3,1 bənd çoxdur.

Hesabat dövrüdə real effektiv məzənnə 116,9 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 1,2 bənd, ilin əvvəlinə nisbətən 1,1 bənd çox, ötən il oktyabrın 1-i ilə müqayisədə isə 1,8 bənd çox olub.