13:23 - 8.01.2019
8 yanvar, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsi 2019-cu ildə dövlət əmlakının özəlləşdirilməsi üzrə ilk hərrac keçirib.
Komitənin məlumatına görə, bu günki hərracda dövlət əmlakının 15 obyekti özəlləşdirilib.
“Bu günki hərracda investorlara 5 kiçik dövlət müəssisəsi və obyekti, 9 qeyri-yaşayış sahəsi və 1 tamamlanmamış tikili təqdim olunub”, - məlumatda belə deyilir.
2018-ci ildə Azərbaycanda dövlətə məxsus 600-ə yaxın obyekt özəlləşdirilib.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026