10:56 - 26.10.2026
26 oktyabr, Fineko/abc.az. Azərbaycanda bir ilkə imza ataraq ambulans dron istehsalına başlayan “İdrak Texnoloji Transfer” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) fəaliyyətini dayandırıb.
Fəaliyyətini dayandırandan sonra şirkət və rəhbəri də məhkəmə tərəfindən cərimələnib.
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək müfəttişliyi Xidməti “İdrak Texnoloji Transfer” MMC-də yoxlama aparıb. Vətəndaşın müraciəti əsasında MMC-yə məktub göndərilərər qeyd olunan sənədlərin yeddi iş günü müddətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinə verilməsi tələb olunub.
Amma müvafiq sənədlər MMC tərəfindən təqdim olunmayıb.
Nəticədə “İdrak Texnoloji Transfer” MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə protokol tərtib edilib.
Səbail Rayon Məhkəməsinin qərarı ilə “İdrak Texnoloji Transfer” MMC 2 min manat, MMC-nin rəhbəri isə 1000 manat cərimə edilib.
"İDRAK Texnoloji Transfer" MMC, Azərbaycanın proqram təminatı, informasiya sistemlərinin layihələndirilməsi, aparat təminatı istehsalı və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən biri idi. “İdrak Texnoloji Transfer” şirkəti tərəfindən müxtəlif təyinatlı bir neçə pilotsuz uçuş aparatı, o cümlədən xəsarət alanların təxliyyəsi əməliyyatları üçün ambulans dron hazırlanırdı. Lakin dövlətə 247 min manat borcu yığılan MMC bu yaxında fəaliyyətini dayandırıb. Şirkətin rəhbəri əvvəl Hikmət Abdullayev olsada sonradan onu Fərrux Mirzəyev əvəz edib, bağlanan ərəfədə isə Ayaz Rüstəmov idi.
© Yurd.media
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026