14:57 - 26.10.2026
26 oktyabr, Fineko/abc.az. Mənfəətliliyin yüksəlməsi fonunda Azərbaycan bank sektoru risklərin sığortalanmasına ayırdığı vəsaitlərin həcmini kəskin artırıb.
2026-cı ilin ilk doqquz ayının yekunlarına əsasən, mümkün zərərlərin ödənilməsi üçün kredit və digər aktivlər üzrə ayrılan ehtiyatların həcmi 100,3% artaraq 354,3 milyon manata çatıb.
Paralel olaraq, bank sektorunun cəmi aktivlərində də sabit böyümə dinamikası müşahid olunub.
Üçüncü rübün sonuna bankların cəmi aktivləri illik müqayisədə 12,1% artaraq 63 milyard 621,4 milyon manata yüksəlib. Ötən ilin eyni dövründə bu göstərici 56 milyard 734 milyon manat təşkil edirdi.
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026