Azərbaycanda ət məhsulları üzrə özünü təminetmə səviyyəsi açıqlanıb

16:03 - 23.10.2026


23 oktyabr, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda heyvandarlıq məhsulları ilə özünü təminetmə səviyyəsində müxtəlif dinamika qeydə alınıb.

Belə ki, ölkə üzrə bütün növ ət və ət məhsulları ilə ümumi özünü təminetmə səviyyəsi 2020-ci ildəki 84,5% göstəricisindən 2025-ci ildə 83,3%-ə enib.

Mal əti üzrə təminat көрсəricisi 2022-ci ildə 93,0%-ə çatsa da, 2025-ci ilin nəticələrinə əsasən 83,7% təşkil edib.

Donuz əti üzrə daxili təminat isə aşağı səviyyədə qalaraq 2020-ci ildəki 4,7%-dən 2025-ci ildə 4,4%-ə düşüb.

Bununla yanaşı, bəzi ət məhsullarının daxili təminatında artım və sabitlik müşahidə olunub.

Quş əti və ət məhsulları üzrə daxili təminat göstəricisi 2020-ci ildəki 79,0%-dən artaraq 2025-ci ildə 81,9%-ə yüksəlib.

Qoyun və keçi əti üzrə özünü təminetmə səviyyəsi isə yüksək sabitliyini qoruyaraq 2020–2025-ci illər arasında 94,2% ilə 98,2% aralığında dəyişib.