11:25 - 8.01.2019
8 yanvar, Fineko/abc.az. “MasterCard” ödəmə sistemi, loqotipindən şirkətin adını çıxararaq onu dəyişməyə qərar verib.
Şirkətin məlumatına görə, loqotipdə yalnız kəsişən qırmızı və sarı dairələr qalacaq.
“Bu gün insanların 80%-dən çoxu şirkətin adı çəkilmədən “MasterCard” simvolunu tanıyır. Rəqəmsal dövrdə yenidən baxma müasir sadəlik tələb edir. Biz markamızın təkamülünə növbəti addımı atmağa hazır olduğumuzu hiss etdik”, - “MasterCard” marketinq departamentinin rəhbəri Raca Racamannar bildirib.
Şirkətin məlumatında qeyd edir ki, qırmızı və sarı dairələrin kəsişməsi 50 ildən artıq, 1966-cı ildə yaranmdığı anvan etibarən “MasterCard”ın fərqləndirmə nişanı olmuşdur.
2018-ci ilin sonunda bildirilmişdir ki, “MasterCard”ın doqquz ayın nəticəsində xalis mənfəəti 2017-ci ilin eyni dövrünə nisbətən 34,5% artaraq 4,96 milyard dollara çatmışdı.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026