Putin 5 xarici şirkətin Rusiyadakı aktivlərinin yerli idarəetməyə verilməsi haqqında fərman imzalayıb

16:01 - 16.10.2026


16 Oktyabr, Fineko/abc.az. Rusiya Prezidenti Vladimir Putin beş xarici şirkətin Rusiya ərazisindəki aktivlərinin yerli bir qurumun müvəqqəti idarəçiliyinə verilməsi barədə fərman imzalayıb.

Sənədə əsasən, Fransanın döşəmə örtükləri istehsalçısı "Tarkett" və Belçikanın gigiyena məhsulları istehsalçısı "Ontex"in ("Helen Harper" brendinin sahibi) Rusiya törəmə müəssisələri "Center Capital" şirkətinin müvəqqəti idarəçiliyinə verilib.

 Bundan əlavə, Almaniyanın "Georg MENSHEN", Niderlandın "Sonoco Packaging Netherlands Investments" və İsveçin "Sverige International Holdings" şirkətlərinə məxsus qablaşdırma müəssisələrindəki paylar da həmin şirkətin müvəqqəti idarəçiliyinə keçirilib.